Balaca Şahzadə
Qəfil çaldı telefon,
Kimsə çağırdı məni.
Açan kimi tanıdım,
Balaca Şahzadəni.
İşıq düşdü qəlbimə,
Onun körpə səsindən.
Elə bil çıxdı bülbül,
Qərib,dar qəfəsindən.
Bir parça şeir dedi,
Sevinc qondu üzümə.
Balaca Şahzadəni,
Yaxın bildim özümə.
Gözəl rəftarı üçün,
Ona çox “sağol”dedim.
Gələcək taleyinə,
Gülüm, “yaxşı” -yol dedim.