Biz sevirik Dünyanı
Götürdüm rəngli qələm,
Göy qurşağı çəkdim mən.
Sonra çəkdim uşaqlar,
Əllərində tutub şar.
Baxıb Göy qurşağına,
Necə sevinir onlar…
Şəkil sanki dil açdı,
İnsan kimi danışdı…
Yallı gedən uşaqlar,
Oxudular şən səslə,
Dünyaya sevgi ilə,
Nəğmə dedilər belə:
“Biz sevirik Dünyanı,
Gözəllikdir hər yanı,
Aydın, göy səması var,
Gül qoxan havası var!
Dünyamızı qoruyaq,
Dünya bikef olmasın!
Sülhü elə qoruyaq,
Müharibə olmasın!”