***
Düzüm- düzüm
Ağ üzüm,
Günəşin damlasısan,
Sən də ana torpağın
Qənd-şəkər balasısan!
Baxımsız qoymaq olmaz,
Üzümdən doymaq olmaz.
Dəvələr
Nənənin evində gəbə var.
Gəbənin üstündə dəvə var,
Dəvənin belində təpə var,
Təpənin üstündə nəvə var.
Dəvənin yunundan toxunur gəbələr,
Dəvənin üstündə dayanır təpələr,
Təpələr üstündə oynayır nəvələr.
BİR EVİM VAR
Gülə-gülə Gülnara
Belə dedi İlqara:
Budaqda bir evim var,
Tap görüm evdə kim var?
Divarı taxça-taxça
Taxçası boğça- boğça.
Taxçaları tağlıdır,
Boğçaları bağlıdır,
Bir çinidir axçası,
Yox qapısı- bacası…
Bir qədər fikirləşdi,
Tapmaq üçün əlləşdi.
İlqar dedi:-Gülnara,
Bu ev oxşayır nara!
Taxçası boğçalıdır,
Boğçası axçalıdır.
Taxçasını açmışam,
Boğçasını açmışam.
Baxmışam bacasından,
Yemişəm axçasından-
Şirini var, turşu var,
Belə deyib atalar:
Ətindən kabab olmaz
Qanından kasa dolmaz.