TÜLKÜ
Mənə tülkü deyərlər,
Hiyləgər tək öyərlər.
Quyruğum bir şələdir,
Sanki ağır tələdir
Ziyan vurmaqdır işim,
Xeyir olmur gedişim.
Hinə girərək gecə,
Boğaram toyuq, cücə.
Qaçaram tez köşkümə,
Görunmərəm heç kimə.
Ovlarımı yeyərəm,
Özumə əhsən deyərəm.
Gizlənərəm ovçudan,
Yaman qorxaram ondan.
Məni görcək vurarlar,
Başim ustə durarlar.
Sığallayib belimi, tez soyarlar dərimi.
QURD VƏ TÜLKÜ
Uca zirvədə dayanmışdı qurd,
Çoban səsinə oyanmışdı qurd.
Bu an dayandı tülkü yanında,
Dözmədi dedi sözün sonunda.
Nədən insanlar sevməzlər səni,
Sən tək vurmazlar görəndə məni.
Ələ keçəndə quyruq bularam,
Guya işimdən
Peşman olaram.
Bir anda dondan-dona girərəm,
Hiylə yolların
Yaxşı bilərəm.
Əl – ayaqların duz tək yalaram,
Onunçun çox vaxt salim qalaram.
Canavar ona tutdu üzünü,
Təkəbbür ilə dedi sözünü:
-Hər kəs bilirki, mən canavaram,
Ruzi tapmaqçün hər zaman varam.
Cəsarət ilə mən ov edərəm,
Şikar tapmağa şəstlə gedərəm.
Mənim bir üzüm, bir xislətim var,
Məni mərdanə bilir insanlar.
Sən tək hiyləgər tülkü deyiləm,
Bir tikə ətçün, sınam, əyiləm.
Çalış həyatda olsun bir üzün.
Qorxmadan söylə, sən sözün düzün.
Hiyləgər, acgöz olmasın adın,
Sənlə fəxr etsin yaxının , yadın.
YALANÇI DOST
Tulküylə çaqqal dostluq edirdi.
Hər yerə onlar qoşa gedirdi.
Bir gün söylədi Tülkü, çaqqala.
Bir az azüqə
Biz ataq dala.
Yığaq qış üçün bolluça ruzi,
Qışda kasıblıq çox sıxır bizi.
Çaqqal da ona verdi razılıq,
Onlar başladı yığmağa qışlıq.
Yuvada dərin yer də qazdılar,
Üstünə otdan pərdə saldılar.
Ələ keçəni gətirirdilər,
Gizli köşədə itirirdilər.
Çaqqal gedirdi, gecə bostana,
Əlin atırdı gücü çatana.
Kartof, kələm, kök,
Yemiş yığırdı,
onlar çuvala güclə sığırdı.
Tülküyə təhvil verirdi bunu,
Özünə qardaş sanırdı onu.
Deyirdi qışa yoxdur qorxumuz,
Yiğmışıq çoxdur
Boldur ruzumuz.
Çaqqal tülküyə çox
İnanırdı,
Onu özünə sadiq sanırdı.
Əsla baxmazdı o azuqəyə,
Bilməzdi tülkü onlara dəyə.
Tülküysə gizli bir yuva tikdi,
Azüqələri oraya tökdü.
Hər nə var idi daşıdı bura,
tamam boşaldı
Səhra tək ora.
Soyudu hava, qarlı
Qış gəldi.
Şaxta ox kimi burunu dəldi.
Çaqqal meşədə dolaşdı durdu, aclıq başına möhkəmcə vurdu.
Dedi ehtiyat ruziyçün gedim,
Orda doyunca mən
nahar edim.
Yığdıqlarımdan qış boyu yeyim,
tülkü lələyə bir sağ ol deyim.
Çaqqal arxayın girdi yuvaya,
Aman söyləyib düşdü, ah, vaya.
Gordüki, yuva tamam boşalıb,
Ərzaq adından bir kələm qalıb.
Tülkü ərzaqın hamısın aparıb,
Dolu yuvanı tamam qurtarıb.
Çaqqal orada çoxlu ağladı,
Döyüb başına, qəlbin dağladı.
Dedi aldandım Mən şirin dilə,
Düşdum bəlaya mən bilə- bilə,
Tülkü hər zaman tülkü qalacaq,
Ona inanan peşman olacaq.
ÇİYƏLƏK
Gözəl adı çiyələk,
Bağda əkilər lək-lək.
Sevə-sevə əkilər,
Çox zəhməti çəkilər.
Yetişəndə allanar,
Xırda-xırda xallanar.
Salxım-salxım düzülər,
Dadından bal süzülər.
Həm zərif, həm göyçəkdir,
Sanki şirin çiçəkdir.
Ətri gələr uzaqdan
Dadı getməz damaqdan.
LOĞVA BEÇƏ
Tərs , lovğa, cavan beçə,
Hamını sayıb heçə.
Təkəbbürlə gəzirdi,
Çəpər ustü süzürdü.
Vaxt, bivaxt banlayırdı,
Xoruzu danlayırdı.
Deyirdi qocalmısan
İşdən, gücdən qalmısan.
Azdan- az banlayırsan,
Bundan nə anlayırsan?
Banlaram dayanmadan, insanlar oyanmadan.
Hər kəsi oyadıram, bundan ləzzət dadıram.
Ev sahibi bezidi
Beçənin cır səsindən,
Bıçaqla çarə tapdı
Qurtulsun nəfəsindən.
O yersiz banlayanda
Tutdu ayaqlarından,
Hirslə çəkdi bıçağı tər, nazik boğazından.
Lovğalıq ucbatından həyatını itirdi,
yersiz banladığıyçün ömrünü tez bitirdi.
BAL
Qızılı rəngimi gunəşdən aldım,
gullərin köksündə naz ilə qaldım.
Ətrimi aldılar burdan arılar,
Məni topladılar zəhmətlə
Onlar.
Arılar ağzında bala çevrildim,
Şan balı tək mən hər yerdə sevildim.
Min çiçəyin ətri məndə
Cəm olar.
Mənsiz şəkər öz dadından kəm olar.
Kəhrəba rəngimlə
Şəfəq saçaram,
Sağalmaz dərdlərə
Dərman açaram.
Uzun ömürlüyəm
Dadım dəyişməz,
Şan balı heç zaman
hörmətdən düşməz.
Fitrətim gül -çiçək,
Ustadım arı.
Süzülləm pətəkdən
Qızılı, sarı.