Kəpənək
Şirin -şirin öpürdü,
Çiçəklərin üzündən.
Nəğmələr səpilirdi,
Baxışından, gözündən.
Onun gözəlliyindən,
Xoş hal idi çiçəklər.
Onun qanadlarında,
Yol gəlmişdi diləklər.
Sözlər mənim gözümdə,
Əlvan gül-çiçək kimi.
Qələm uçur varaqda,
Xallı kəpənək kimi.
Çiyələk
Yaşıl bostan içində,
Qırmızı ulduz yanır.
Elə bil ki, gözümdə,
Allanıbdı üz,yanır.
Onun tamı ləzzətli,
Var arzuda diləkdə.
Al-yanaqlı körpə tək,
Uyuyubdu bələkdə.
Qara-qara çilləri,
De,üzünə kim çəkdi.
Axdı ağzımın suyu,
Nə dadlı çiyələkdi?!
Arı
Arı çiçəyə
Qondu hirs ilə.
Qızımda görüb
Tez gəldi dilə.
Dedi:-anacan,
Çiçək neyləyib?
Yoxsa çiçəyi,
Yadlar iyləyib?!
Dedim:-yox üızım,
Çöl-bayır donub.
Arılar gülə
Bax,belə qonur.
Qış
Asta-asta qar yağıb,
Hər yan olub ağ-appaq.
Qış kəntdəki evlərin,
Başına qoyub papaq.
Ağaclar da əyninə,
Bəyaz libas geyinib.
Yenə qış gəlib deyə,
Həyət baca sevinir.
Qar topu oynamağa,
Uşaqlar geyib əlcək.
Fərəhlə gözləyirlər,
Şaxta baba gələcək.
Murad və at
Yaşıl çəməndə
Otlayırdı at.
Onun yanında
Durmuşdu Murad.
Atası dedi:
Sən eşit məni.
Əlində olsun
Atın yüyəni.
Nəsihət etdi
Ona atası:
Yüyənsiz atın
Olmaz vəfası.
Tülkü quyruğu
Dan yeri söküləndə,
Tülkü səfərə çıxdı.
Yiyəsiz bir hin tapıb,
Bacanı açıb getdi.
Quyruğunu sallayıb,
Hündürlüyün yoxladı.
Ev yiyəsi bu zaman,
Tülkünü tez haxladı.
Hər gecə aparırdı,
Hindən toyuq-cücəni.
Buraxmazdı bircə an,
Sakit olan gecəni.
Tülkü düşdü totbaya,
Quyruq onu aldatdı.
Toyuqların yiyəsi,
Onu al-qana qatdı.
Serra və yuxu
(nəvəm Serraya)
Serra yuxudan durub
Sarıldı anasına.
Ana düşündü, görən
Nə olub sonasına?
Soruşdu:-əziz balam,
Niyə çatılıb qaşın?
Mən sənə dedim axı
Tulla küsməyin daşın.
Öz ata-anasından
Küsməz Allahın qulu.
Serra dedi:-anacan,
Yuxu gördüm qorxulu.
Anası dedi:-Quzum,
Yuxular min rəngdədir.
Şeytan yuxularda da
Adamlarla cəngdədir.
Səbr elə,gözəl qızım,
Adam səbirsiz heçdi.
Yuxuda gördüklətin,
Qorxma,yuxudu, keçdi.