.....

.....

Tapmacalar – Gülzar İbrahimova (uşaq ədəbiyyatı)

Tapmacalar – Gülzar İbrahimova (uşaq ədəbiyyatı)



Rəqs
Rəqsə gedirəm,
Rəqs öyrənirəm,
Artıq neçə cür
Mən rəqs bilirəm.
Yallı və Uzundərə,
Vağzalı, Tərəkəmə
Nəlbəki, Naz eləmə.
Say, tənbəllik eləmə
Onda bilərsən ki mən
Neçə cür rəqs bilirəm.


DÜKANDA
Bu gün ilk dəfə
Dükana getdim.
Böyüklər kimi
Bazarlıq etdim.
Üç konfet alıb,
Bir də şokolad,
Məktəbə getdim.
İki konfeti
Orxana verdim.
Birini dostum
Tərlana verdim.
Özümə bəs nə
Qaldı, deyərsən
Desən bilərəm
Saya bilirsən.


Alma
Alma yığırdı bağdan
Zəhmətkeş qoca bağban.
Bağa gəzməyə gəldik,
Ondan meyvə istədik.
Bağban on alma dərdi
Uşaqlara payladı.
İkisini Nərminə,
İkisini Pərvinə,
İkisini Gülgünə,
İkisini Fəhminə.
Deyə bilərsənmi sən?
Neçəsi qaldı mənə?