.....

.....

Yuxulu layla – Aləmzər Əlizadə (uşaq şeirləri)

Yuxulu layla – Aləmzər Əlizadə (uşaq şeirləri)

*2 * ALAN QUZUM
Səhər dərsə gedəndə,
Gördüm quzum da gəldi.
, , – mələyəndə
Onun fikrini bildim.
Quzum demək istəyir,
Məktəbə apar məni.
Qoy səninlə oxuyum,
Gələndə qaytar məni.
Mən quzumu aparsam,
Orda , – salacaq.
O, bütün dərslərindən,
Ancaq *2 * alacaq
1975 -ci il

YUXULU LAYLA
Anası evdə yoxdur ,
Ramil də hay – küy salır.
Yatmayır xala , bibi,
Bayaqdan layla çalır.
Übüş deyir anamın
Laylası yuxuludu.
Axşam layla çalantək,
Qardaşım yuxuladı.

AĞAC OLAYDIN
Ramil kötüyə çıxdı,
Kötük də onu yıxdı.
Uşaq ufuldandı ki,
Bu halın dözülməzdi,
Kaş ki, ağac olaydın,
Tutardım budağından,
Yıxılıb əzilməzdim.

AYSU
Aysu top top oynayır,
Anası çağırır, gəl.
Qaranlıq düşüb çoxdan,
Sən də yat, sən də dincəl.

Qız əlini yelləyir,

-Ay ana, mən bu axşam,
Gözümdəki yuxunun,
Hamısını yatmışam

ÇƏTİR

Atası Xatirəyə,
Çətir almışdı yayda.
Yağış da yağmırdı heç,
Qurtarmırdı bu yay da.

Uşaq təzə çətrini,
Açıb aldı əlinə.
Dedi : _ Bacı, hovuzdan,
Gəl, yağış yağdır mənə

SIRĞALI ŞAXTABABA
Yeni il axşamında
Gəldi Şaxtababamız.
Hamımızın adını,
Bildi Şaxtababamız.
Bu Şaxtababamızın
Qulağında sırğa var.
Oxuyub oynadıqca ,
Yırğalanırdı onlar.
Sırğalı Şaxtababa
Necə gülməli idi.
Bacıma da , mənə də ,
Çoxlu hədiyyə verdi.
Bizim Şaxtababamız
Sən demə yalan imiş .
Sırğasından tanıdım ,
Gülbəniz xalam imiş.

TEZ YE
Bu alma, üzüm,
Bu armud, qaqaş.
Tez ol , ye, qaqaş,
Tez ol , ud , qaqaş.
Dənələmişəm ,
Bax, şirin narı.
Nənəm görməmiş,
Anam bilməmiş,
Tez ye bunları.
Bilsələr onlar,
Yenə hay – həşir
Qoparacaqlar.
Səni çöpçüyə,
Aparacaqlar.
Boğazından çöp,
Çıxaracaqlar.
Tez ol , ye, qaqaş,
Tez ol , ud , qaqaş.
Bu alma, üzüm,
Bu armud, qaqaş.