.....

.....

Süni İntellekt – Həmzəyeva Zeynəb (hekayə)

Süni İntellekt – Həmzəyeva Zeynəb (hekayə)

Sehrli Yeni il gecəsi

Qarlı bir Yeni il axşamı idi. Şəhər bayram işıqları ilə bəzənmiş, hər yerdə şam ağacları parıldayırdı. Balaca səbirsizliklə gözləyirdi. Birdən elektriklər söndü və ev qaranlığa qərq oldu.
Hamı təlaşa düşdü. Yeni il gecəsi işıqsız qala bilməzdi! Aylin paltosunu geyinib bayıra çıxdı. Elə bu anda göydən parlaq bir ulduz düşdü və həyətin ortasında işıq saçdı. Ulduzun içindən ağ saqqallı, nurani simalı bir qoca çıxdı. Bu, Yeni il ruhu idi.
O dedi ki, şəhərin bayram işığını qoruyan sehrli saat dayanıb. Əgər saat yenidən işləməsə, Yeni il gəlməyəcək. Aylin qorxmadan qocaya kömək edəcəyini söylədi. Onlar birlikdə köhnə qülləyə getdilər və saatın içində donmuş vaxtı isti ürək və xeyirxahlıqla oyatdılar.
Saat yenidən işləməyə başladı, işıqlar yandı, səma rəngli fişənglərlə doldu. Aylin gözlərini açanda öz otağında idi. Elektriklər yanmışdı, ailəsi sevinirdi. Pəncərənin yanında isə balaca parlaq ulduz gülümsəyirdi.
Aylin anladı ki, Yeni il möcüzələri yalnız inananların ürəyinə gəlir.

Süni İntellekt

Son illərdə süni intellekt həyatımızın hər bir sahəsinə daxil olub. Məktəbdə, universitetdə, işdə harada olursa olsun, insanlar bu texnologiyanın köməyinə tez-tez müraciət edirlər.

Xüsusilə məktəblilər esse və inşa yazılarında süni intellektdən istifadə edirlər. Əvvəllər oturub düşünən, beynini işə salan şagird və tələbələr indi sadəcə bir düyməyə basmaqla hazır mətn əldə edirlər.

Amma bu rahatlıq bəzən zərər də verir. İnsan beyini məşq etdikcə inkişaf edir. Düşünmək, analiz etmək, yeni ideyalar tapmaq bunlar beyinin güclənməsi üçün vacibdir. Süni intellekt isə bu prosesi əlimizdən alır.

Biz az-az düşünməyə, tənbəl olmağa başlayırıq. Getdikcə öz fikrimizi ifadə etməkdə çətinlik çəkirik. Hazır cavablar bizi yaradıcılıqdan uzaqlaşdırır.

Əlbəttə, süni intellekt faydalı da ola bilər. Amma hər şeydə olduğu kimi, burada da tarazlıq vacibdir. Əgər biz daim ondan istifadə etsək, zamanla düşünmək bacarığımızı itirə bilərik. Süni intellekt bizə kömək etməlidir, yerimizə

düşünməməlidir.

Gəlin unutmayaq: Ən güclü texnologiya belə insan ağlının yerini tuta bilməz.
Həmzəyeva Zeynəb 9В

Website |  + posts