.....

.....

XƏZƏR -Gülnarə Nağıyeva (şeirlər)

XƏZƏR -Gülnarə Nağıyeva (şeirlər)

XƏZƏR

Yenə də coşğunsan, dalğalısan,
mavi Xəzərim.
Yenidən səni görməyə gəldim,
Qoxunu içimə çəkməyə gəldim.
Bu nə gözəllik?
Gözoxşayan xoş mənzərə.
Qağayılar da seyrinə gəlmiş,
İnsanları heyran etmiş.
Bəzən səssizsən, bəzən coşğun,
Bəzən mavisən, bəzən gömgöy.
Dərindən də dərinsən.
Rəngin də, tərzin də mənə bənzəyir.
Qoynunda yatır
min illərin sirri, sehri, möcuzəsi.
Səni seyr edəni ovsunlayırsan dərin.
Sən Bakının mavi rəngli örpəyisən,
İnsanların sevinc yeri, dərd yerisən.
Günəş salamlayır hər səhər səni,
Gecələr qoynuna çəkilir geri.

Ruhdan ruha

Yenə pərvazlanır şair ürəyim,
Ruhum da ruhunun yanına gəlir.
Bəlkə də duyursan çırpınışımı,
Ruhumun ruhuna susadığını.

Qəlbimdə qüssədən hasar hörürəm,
Hələ də gözümdə həsrət gəzirəm.
Qəmli nəğmələrdə səni arayıb,
İllərdir, qəlbimi belə üzürəm.

Bəlkə də bir ömrü boşa xərclədim,
Bəlkə də amansız oyuna gəldim.
Bahar gəncliyimi qışa xərclədim,
Artıq öz ömrümün sonuna gəldim.

Bütün təlaşları, əzablarımı
Ovcumun içinə yığib gəlirəm.
Mən bu kainatdan biryolluq qopub,
Əbədi yanına çıxıb gəlirəm.

Website |  + posts