.....

.....

Meyxoş Abdullahın “Sonuncu kəpənək rəqsi” kitabı haqqında

Meyxoş Abdullahın “Sonuncu kəpənək rəqsi” kitabı haqqında

Mənə hədiyyə olunan hər bir kitab mənim üçün bir dəyərdir, hörmətdir və qiymətli bir hədiyyədir. Mən də öz növbəmdə həmişə çalışmışam ki, kitabın müəllifinə hörmət əlaməti olaraq, o kitabı oxuyum və xırdaca da olsa kitab haqqında öz qeydlərimi yazım. Bu mənim xarakterimdir və neçə illərdir ki, beləcə də davam edir.
İndi də keçək istedalı gənc şairə Arzu Əyyarqızının “Sonuncu kəpənək rəqsi” kitabına. Onu da deyim ki, kitabın təqdimat mərasimi keçiriləndə, başqaları kimi mən də öz fikirlərimi söyləmişdim. İndi isə oxuculara onu demək istəyirəm ki, Arzu Əyyarqızı hələlik uzaqda parlayan kiçiçik bir ulduzu xatırladır mənə. Təbii ki, bu sözlərimi Arzu xanımın istedadına və talantına güvəndiyim üçün deyirəm. “Hələlik” sözünü də ona görə işlətdim ki, o kiçiçik ulduz gələcəkdə şölələnib “Dan ulduzu” qədər parlaq da ola bilər, ya da, müəyyən vaxtdan sonra, yanaraq göydən enib düşən meteorit kimi də… Hər halda, Arzu xanımın yaradıcılığına bələd olan bir qələm adamı kimi mən inanıram ki, Arzu xanım gələcəyin tanınmış, sevilən şairlərindən biri olacaqdır.
Arzu xanıma bu çətin, amma şərəfli yolda uğurlar arzulayıram.

Edam adam…

Yenə payız havası, yenə bir az darıxmaq,
Yenə qismətim olub fikirlərdə karıxmaq.

Payızın sükutundan az qala qulaq batır,
Yarpaqlar da özünü bir-bir ağacdan atır.

Payız da yarpaqların kütləvi edamıdır,
Bütün darıxan hamı bir edam adamıdı.

Pəncərəmin önündə buğlandırıb şüşəni,
Tək barmaqla yazıram yaddaşıma düşəni.

Gözlərim də yol çəkir, diksinirəm, çaşıram,
Tezcə silib şüşəni özümə yadlaşıram.

Yenə qaçıb özümdən, gizlədirəm özümü,
Yuyuram göz yaşımla itirirəm izimi.

Üşüyən kədərimin gülüş sərib üstünə,
Yandırıram özümü, boğuluram tüstümə…

Meyxoş Abdullah

Website |  + posts