Minimalist şeirlər
*
Müharibədən iki kilometr aralıda, çayın kənarında bir balıqçı balıqların gözünü çıxarırdı.
***
Əsgər
bir uşağı
tabutun üstündən
yerə düşürdü və
yelləncəyə mindirdi…
***
Yaşlı kişi
yaşadığı evin tualetində
ölü tapıldı.
Bircə işıq pulu yığan
onun üzünü
xatırlaya bildi.
***
Əlli il sonra məhbus həyatını bitirən
bir cinayətkar azadlığa çıxdı. Küçələr azadlığını onunla bölüşmədiyini görüb, zindanın həyətindəki azadlığını arzuladı.
***
Bir şair qana batmış kağız parçalarını binanın
damından
yerə atdı.
***
Suyun üzündə günəş qırış-qırış idi.
Ana bircə
qızının boğulmuş kuklasını
sudan çıxara bildi.
***
Zabit əsirləri yandırdığı günün axşamı
ailəsi ilə şam süfrəsində
pianino çalırdı.
(Cavid Fərzəli)