.....

.....

Şuşa – Hicran Hüseynova

Şuşa – Hicran Hüseynova

Şuşa

Necəsən, qoşa minarə,
səni tez-tez şəkillərdə görürəm…
Turşsu, “Dom otdıx” dururmu?
Bəs Cıdır düzündə, ocaq yerində
başımı yaran daş necə?
Tikişi hələ də alnımdadı…
Xınalı daşlar, xallı kəpənəklər,
mavi çiçəklər nə deyir?
Yenə yağırmı yağışlar,
yenə ağarırmı daşlar?
Gülə bilirmi şehli otlar,
oxuya bilirmi quşlar?
Cavab yazarsan mənə…
Hələliksə…
soruşan olsa deyərsən:
Burdan bir xatirə keçdi,
hicran aldı, apardı…
Hicran Hüseynova

Website |  + posts