Məhəbbət hakimi
Mənə məhəbbətin hakimin verin !
Ona bir ərzim var məni dinləsin .
Ya cani eşqimin cəzasin versin,
Ya da ki vüsalın yerin söyləsin !!!!
Mənə məhəbbətin hakimin verin !
Yoxsa öyrəndimi o xəyanətə
Könlümdə eşqimi məhbus eyləyib ,
Məni tərk eləyib bu müsibətə….
Mənə məhəbbətin hakimin verin !
Bəlkə mən bilmirəm cani hakimdir.
Məhəbbət ömrümdə ömürluk cəza ,
Həsrət urəyimə qənim, hakimdir .
Mənə məhəbbətin hakimin verin !
Ona bir ərzim var məni dinləsin .
Bu məhbus könlümü azad eyləsin ,
Ya nakam sevgini qəlbə verməsin.
Məni ovundurma Xoş sözlər ilə,
Bu cur yaşayisa yasayiş demə ,
Məhkəmə zalında ayağa durguz,
Ya mənə cəza ver ya da sevgimə!!!
İndi məhəbbətin bənövşə vaxtı,
Çək sinənə dönə dönə qoxusun .
Səhər gözlüm gəl könlümə qonaq ol,
Qoyma qaça gözlərimin yuxusun.
İndi məhəbbətin bənövşə vaxtı ,
Ürəyimdə boynun büküb dayanıb.
Jalə olub hər damlası ruhuma,
Ətrin verib ürəyimdə oyanıb .
İndi məhəbbətin bənövşə vaxtı ,
Narın yağış kimi yağır astaca.
Toxunuram ,bihuş olur ürəyim,
Həsrətinə yoluxdurur ustaca.
Indi məhəbbətin bənövşə vaxtı,
Ən kövrək çağıdır, sınan çağıdır.
Həsrətin,hicranın, qəmin, kədərin,
Yandıran çağıdır ,yanan çağıdır.
Indi məhəbbətin bənövşə vaxtı ,
İncitsən bir ömür küsüb, inciyər.
Keçirib boynuna edam kəndirin,
Bütün bənövşələr intihar edər.
Hər gecə,gecəylə baş-başa məni,
Qoymasan bu gecə sıxılar axı .
Gecənin sakini olan ulduzlar ,
Mənsiz göy üzündə yıxılar axı.
Hər gecə gecənin qoynuna məni,
Fələyin bitməyən oynuna məni,
Həsrətin amansız boynuna məni,
Atmasan ,bu gecə sıxılar axı .
Hər gecə gecətək sükuta dalıb,
Səbri -qərarımı əlimdən alıb,
Könlümə bir dəli darıxmaq salıb ,
Susmasan ,gecələr sıxılar axı .
Hər gecə,könlündə qurduğum öydən ,
Könlümdə ucalan eşq adlı göydən ,
Qəfildən küsdürüb ,getdiyin yerdən ,
Atmasan, gecələr sıxılar axı.
Yadigar Təvəkkül